Dünən ADDIM Gənclər Təşkilatının keçirdiyi ölkənin ən böyük və peşəkar yeganə gözəllik yarışması - "Miss&Mr National Azerbaijan" ın  final gecəsi baş tutub. 


Münsiflər heyyətində ukraynalı  buker Vitalina Rozbitskaya, Gürcüstanda "Maximum"  model evinin sahibi İrina Çaxunaşvili, Moldoviyanın “Eurovision” təmsilçisi, əməkdar artisti Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıb.

Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. Finalçılar modelyer Kübra Nuriyevanın “Etnike”, türk dizayneri Gülər Baysalın çimərlik geyimləri kolleksiyası və ukraynalı dizayner Katerina Lukashukın məxsusi olaraq yarışma üçün hazırlandığı kolleksiyaları təqdim ediblər.  
Yarışmanın mükafat fondu 10 min AZN təşkil edib. Qaliblər Emil Həsənzadə və Nigar Qədirliyə ölkə xaricində xüsusi kristallarla və svarovski ilə hazırlanmış qiymətli taclar təqdim olunub. 

Qeyd edək ki, digər nominasiyalarda qalib olan gənclərin beynəlxalq yarışmalarda və beynəlxalq moda həftələrində iştirakını "ADDIM” Gənclər Təşkilatı öz üzərinə götürüb. 

Gecədə moldoviyalı müğənni Olya Tira və müğənni Zamiq Hüseynov  ifaları ilə qonaqları sevindirib.
 
Onu da əlavə edək ki, layihəni fərqləndirən nüanslardan biri də odur ki, proyekt çərçivəsində  gənclərlə xüsusi test çəkimləri, modellik sənəti  üzrə beynəlxalq miqyaslı peşəkarlar tərəfindən təlimlər və s. keçirilib. Gecənin aparıcıları İrəm Nəbiyeva  və Fariz İlyasov olub.
BAKU.WS