Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub.
Bizimaz.az Kult.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə deyib.
O bildirib ki, Arif Babayev xaricdə müalicə aldığı üçün tədbirə qatılmayıb. Daha sonra xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşulub və öz fikirlərini bölüşüb.