Xəbər lenti



18 Sentyabr – Milli Musiqi Gününün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur.
 
Sərnişin axınının gur olduğu bir neçə stansiyası hər il bu bayramın ovqatına köklənir. Bu gün də səhər saat 11-dən başlayaraq, günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.
 
Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.
 
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü- 18 sentyabr tarixi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla Azərbaycanda hər il Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur.
 
Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar. Bunu stansiyaya daxil olan və ya oranı tərk edən insanların ayaq saxlayıb musiqiyə diqqət kəsilmələrindən, alqışlardan görmək olurdu. Onların arasında stansiya işçilərinə yaxınlaşaraq, təşəkkürünü bildirənlər də oldu.(Modern)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov