Xəbər lenti



Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib.

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, R.Hüseynov komitənin iclasında deyib ki, 2018-ci ilin dövlət büdcəsində mədəniyyət sahəsinə kifayət qədər vəsait ayrılmadı.

“Azərbaycan Prezidenti mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən sonra mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çox səxavətli bir vəsait ayırdı. Bu da mədəniyyət sahəsinin müxtəlif istiqamətlərinin inkişafına imkan yaratdı. Biz bu il də həmin vəsaitin daha da artırılmasına nail olmalıyıq”, - deyə R.Hüseynov əlavə edib.

R.Hüseynov əlavə edib ki, Azərbaycan mədəniyyəti zəngin olduğundan bu sahənin ümumi inkişafına nail olmaqla digər qüvvələrlə rəqabət aparmaq olar.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva isə Azərbaycanda uşaq filmləri və kino sahəsində boşluqların olduğunu bildirib:

“Azərbaycanda istedadlı uşaqların filmə çəkilməsinə çalışıram. Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, bildirildi ki, uşaq filmləri ilə bağlı ssenarilər yazılmır. Uşaq filmləri ilə bağlı ssenarilər yazılmadığından respublikada uşaq filmləri çəkilmir. Bu sahədə bir boşluq var. Axı uşaqların, yeniyetmələrin gələcək tərbiyəsi baxımından bu filmlərin müstəsna rolu var”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov