"Xalq artisti Fəxrəddin Manafovu yeni teatr mövsümündə səhnədə görə biləcəyimizə əminəm".
Bizimaz.az: "Report" xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, F.Manafovun tamaşası hələ də repertuardadır: "Onun hansısa şərtlərini yerinə yetirmək üçün teatr hazırdır".
Ə.Qarayev bildirib ki, bu ilin teatr mövsümünün açılışı yeni bərpa olunan Şuşa teatrında baş tutacaq: "Sentyabrın 17-də orada mövsümün açılışını edəcəyik".