Azərbaycan Cümhuriyyətinin Paris Nümayəndə Heyətinin üzvü, ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin nəvəsi Jan Kleman Hacıbəyli "Azərbaycan Xalq Cümhuriyyəti 100" medalı ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Çapar” dərgisi sosial şəbəkədə məlumat paylaşıb. Hacıbəyli ailəsinin musiqi sənətini davam etdirən Klement Hacıbəyli prezident İlham Əliyevin verdiyi ali mükafatı dəyərləndirərkən bu şərəfin Ceyhun Hacıbəyliyə aid olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, C. Hacıbəylinin digər nəvəsi Benjamin Hacıbəyli də sözügedən medalla təltif edilib.