Xəbər lenti


 

XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Doktor Rasim Özyürək bildirib ki, XIV Beynəlxalq Böyük Türk Dili qurultayı 2019-cu il sentyabrın 26-da Azərbaycanın paytaxtı Bakıdakı Bakı Yunus Əmrə İnstitutunda keçiriləcək.
 
Həmçinin 87-ci Türk dil bayramı sentyabrın 26-da Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutacaq.
 
Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs programlarının direktoru R.Qaraca deyib ki, Türk Dili qurultayı və 87-ci Türk Dil bayramını həm ölkəmizdən, həm də xarici ölkələrdən gələn 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd edəcəyik.
 
R.Qaraca vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri, professor Ehsan Doğramacı bir Atatürkçi, böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılmsaı uğrunda böyük işlər görmüşdür.
 
R.Qaraca bildirib ki, Atatürk tərəfindən qurulan Türk Dil Qurumu keçmişdə olduğu kimi, gələcəkdə də gənclərə nümunə olmağa davam edəcək: “Türk dili haqqında Mustafa Kamal Atatürk kimi düşünək deyən müəllimlərimizi böyük hörmətlə anır və hörmətlə baş əyirəm. Bu gün Ulu Öndərin yaratdığı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi rəhbərliyini eyni xətt üzrə professor Ənvər Həsən oğlu böyük fədakarlıqla davam etdirir”.
 
R.Qaraca hər kəsi Ural-Altay dil qrupu Altay dilləri ailəsində yer alan və dünyamızdakı ən zəngin dillərdən olan ortaq dilimizə, mədəniyyətimizə sahib çıxmağa, onu yad təsirlərdən qorumağa çağırıb: “Gözəl türk dilimizə sonsuza qədər sahib çıxaq. Türk dili millətimizin varlığı üçün, mədəniyyətimiz üçün çox vacibdir. Dil və mədəniyyət bir-birindən heç vaxt ayrılmamalıdır. Millətimizin ortaq bir dili, mədəniyyəti, tarixi ənənələri vardır. Dilimiz, mədəniyyətimiz yox olmasın. Dilimiz və mədəniyyətimiz, tariximiz üçün dünən, bü gün əmək sərf edənləri, sabah bu mövzuda əmək sərf edəcək gənclərimizi indidən təbrik edirəm. Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Atatürkün mənəvi hüzurunda baş əyirəm. Türk dünyasının elm adamlarının, türkcə danışan soydaşlarımızın, müəllimlərimizin, tələbələrimizin azərbaycanlı vətəndaşlarımızın Türk Dil bayramını təbrik edirəm”.
 
R. Özyürək XIV Beynəlxalq Böyük Türk Dili Qurultayının iki gün davam edəcəyini bildirib.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov