Aparıcı Nadejda İsmayılova illər sonra yenidən televiziyaya qayıdır.
Bizimaz.az Milli.Az -a istinadən xəbər verir ki, bu haqda AzTV-nin proqramlar departamentinin bədii rəhbəri Ranar Musayev məlumat verib.
"Əfsanənin və ya ümidin Azərbaycan televiziyasına qayıdışı. Əvəzolunmaz, sevimli Nadejda İsmayılova yenidən efirdədir. Çoxdankı arzuları AzTV-də gerçəkləşdirmək mümkündür. Ümidlə rəngarəng gələcəyə", - Ranar paylaşımında qeyd edib.
82 yaşlı N.İsmayılova "Баку с Надеждой" adlı verilişlə yeni mövsümdə AzTV-də tamaşaçıların qarşısına çıxacaq.