Güney Azərbaycanda coğrafi məkanlar, o cümlədən küçə və xiyabanlara fars mənşəli məşhurların adlarının verilməsi yerli əhalidə narazılıq doğurub.
Bizimaz.az :Kult.az xəbər verir ki, Urmiya şəhərində azərbaycanlı gənclər xiyabanların lövhəsində fars məşhurların adlarını qaralayıb, dünya şöhrətli şairimiz Məhəmməd Füzulinin adını yazıblar.
Onlar bildirirlər ki, İranda bəzi şəxslər Azərbaycan türk millətinin milli kimliyi və tarixinin təhrif edilməsində maraqlıdır. Bu məqsədlə şəhərlərdə küçə, xiyaban, meydan və məhəllələrə farsca adlar verilir.
Bundan əlavə, bölgədə olan türkcə coğrafi adlar tədricən fars sözləri ilə dəyişdirilir və ya fars dilinə tərcümə edilir.
Fəallar bu siyasətə qarşı mübarizə aparacaqlarını bildiriblər.