Xəbər lenti

 

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" XII Beynəlxalq Musiqi Festivalı başa çatıb.

 

Bizimaz.az xəbər verir ki, nüfuzlu musiqi festivalında dünyanın 75 ölkəsindən 340 sənətçi iştirak edib.

UNESCO-nun Baş direktoru, xanım Odri Azule festivalın təntənəli bağlanış mərasimində laureatları təbrik edib, musiqiçilərə isə müvəfəqiyyətlər arzulayıb.

Azərbaycandan gələn gənc, istedadlı xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının "Komuzçular" dueti birinci mükafata layiq görülüb. İfaçını festival səhnəsində Əməkdar artist Malik Mansurov (tar), Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib. Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

"Şərq təranələri" XII Beynəlxalq Musiqi festivalının münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də olub.

Xanəndə Pərviz Qasımov festivaldan qazandığı mükafatlarla birgə foto paylaşaraq sevinc hisslərini belə ifadə edib:

"Bu Azərbaycanın qələbəsidir. Yaşasın bizim milli sərvətimiz olan muğam".

 

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov