Xəbər lenti



Gəncədə məşhur "Butulkalı ev" təmir edilir.
 
İnşasında 46 minə yaxın müxtəlif ölçülü və rəngli butulkadan istifadə olunan evin dam örtüyü, içəridən tavanı, həmçinin, eyvan hissəsındə bərpa işləri görülür.
 
Binanın görünüşünə zərər verilməyəcək. Təmir işlərinin bir aya yekunlaşması nəzərdə tutulur.
 
1966-1967-ci illərdə inşa olunan "Butulkalı ev" şəhərin Qənbər Hüseynli və Hüseyn Cavid küçələrinin kəsişməsində yerləşir. 
 
Bu tarixi evi İbrahim Cəfərov İkinci Dünya Müharibəsindən qayıtmayan qardaşı Yusif Cəfərovun xatirəsini əbədiləşdirmək məqsədilə tikib. Özünəməxsus quruluşa malik ev İ.Cəfərovun fantaziyasının məhsuludur. Evin inşasında rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib.
 
Tikili Gəncənin nadir memarlıq nümunələrindəndir, hər zaman şəhər sakinlərinin və turistlərin diqqətini çəkir.
 
Hazırda "Butulkalı ev"də İ.Cəfərovun gəlini və nəvə-nəticələri yaşayırlar. (oxu.az)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov