Xəbər lenti


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub.

 

Bizimaz.az : Publika.az xəbər verir ki, təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Təqdimat fərqli dekorasiya, musiqi, şou proqram və mükafatlı müsabiqələri ilə diqqət çəkib. Gecəyə qatılanlar xüsusi dress-koda diqqət edən məşhurlar, jurnalistlər, blogerlər, iş adamları və təşkilatçılar olub. Əməkdar artist Röya Ayxan isə gecənin xüsusi qonağı olub. Ulduz bildirib ki, Bred Pitt və Leanardo DiKaprio sevimli aktyorlarıdır, odur ki, bu ekran işinin təqdimatını qaçıra bilməzdi.

Qeyd edək ki, Tarantinonun doqquzuncu filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Belə ki, burada Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.

Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kiçik aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov