Xəbər lenti



“40 yaş ömrün elə bir çağıdır ki, artıq cavan sayılmırsan, amma qoca da deyilsən. “Nələr arzulamışdım, nələr qazandım” deyə, düşünürsən... Həyatda 4 gözəl övladım, sənətim var. Özümü dərk edəndən zəhmətə alışmışam, çətinliklərdən qaçmamışam".

 

Bizimaz.az xəbər verir ki, bu sözləri Əməkdar artist, Xalq artisti Alim Qasımovun qızı Fərqanə deyib. O, bildirib ki, ona hədiyyə edilən istedadın həmişə məsuliyyətini daşıyıb və özündənrazılıq duyğularına qapılmasına icazə verməyib:

"Atdığım hər addımda özümü Alim Qasımovun qızı, övladlarımın anası, müsəlman xanımı kimi hesaba çəkmişəm. Və heç vaxt özümdən razı qalmamışam. Məncə, istedad böyük məsuliyyətdir. Sənətinlə insanların qəlbində hansı duyğuları oyadırsan? Yaradıcılığınla yaradanamı xidmət edirsən? Bu sualları özümüzə hər gün versək, arzularımız durular, yolumuz aydınlanar. Allah təmiz vicdanla hüzur içində yaşamağı nəsib etsin. Yaşadığı bir gün o birinə bənzəyən kəs ziyan içindədir deyirlər. Yaşadığımız hər yeni il xeyirli, ömrümüz bərəkətli olsun”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov