Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film çəkilib.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, film Məmmədxanlının doğum günü münasibətilə ərsəyə gətirilib.
“Kapitan” adlı sənədli film bu gün saat 21:35-də ilk dəfə İctimai Televiziyada efirə gedəcək.
Qeyd edək ki, A.Məmmədxanlı 1970-ci ilin 20 iyul tarixində dünyaya gəlib.
Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.
23 Aprel 2011-ci ildə vəfat edib.