Xəbər lenti


Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i fars və azərbaycanca ifa edən ərdəbilli Parsa Xələf ən yüksək səslə finala yüksəlib.

 

Kult.az xəbər verir ki, İranın 3-cü telekanalında yayımlanan “Əsra Cədid” proqramına qatılan Parsa Xələf 4 564 000 səs toplayıb.

Onun seçim mərhələsindən bu qədər böyük səs toplaması rezonans doğuraraq münsif və izləyicilərin təəccübünə səbəb olub.

Sәslәrin çoxu Güney Azәrbaycandan gəlib.

Qeyd edək ki, xüsusilə “Sarı gəlin” ifası ilə böyük diqqət toplayan P.Xələf üçün Güney azərbaycanlılar sosial şәbәkәlәrdә müxtәlif kampaniyalar təşkil etmiş, P.Xələfi birinci etməyə çağırmışdılar.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov