Xalq artisti Yalçın Rzazadə ötən gün Türkiyədə əməliyyat olunub.
Bizimaz.az: Bu barədə Kult.az-a xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib.
“Şükürlər olsun ki, əməliyyat yaxşı keçdi. Hazırda səhhəti stabildir, amma kritikliyini qoruyur”, - M.Rzazadə bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə aparılmışdı.
Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.