Xəbər lenti


Şah İsmayil Xətainin uzun illər ərzində axtarılan yeganə əlyazması olan divanı: 1520-ci ilə aid, 104 səhifədən ibarət əlyazmada 3 illustrasiya və heyrətamiz gözəl kalliqrafiya və rəng keyfiyyətindən istifadə edilib.

 

Bizimaz.az: Kult.az xəbər verir ki. bu sözləri alim Zaur Əliyev Şah İsmayıl Xətainin divanının fotosunu paylaşaraq qeyd edib. Z.Əliyev qeyd edib ki, əlyazma-kitab Birinci Dünya müharibəsi ərəfəsində alman zinət əşyaları taciri H.V.Lonqfello tərəfindən alınaraq Almaniyaya, İkinci Dünya müharibəsi zamanı isə təhlükəsizlik üçün Parisə aparılıb:

“Bir müddət itkin düşdüyü sayılan əlyazma tacirin nəvəsi tərəfindən digər ailə xəzinəsi ilə birgə Amerikaya gətirilib və 1960-cı ildə muzeyə hədiyyə olunub.

Qeyd edim ki, Şahımıza məxsus digər əlyazmalar Münhenin Baviyera Dövlət Kitabxanasında saxlananılır. 27 vərəqdən ibarət mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb. Osmanlı imperatoru I Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparmışdı. Əsər sonra oradan Avropaya aparılıb.

Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münhenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türk alimi İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib”.

Z.Əliyev əlavə edib ki, 1535-ci ildə məşhur xəttat Şah Mahmud Nişapuri Xətai “Divan”ının üzünü köçürmüşdür. “Divani-Xətai”nin bu ən mükəmməl əlyazma nüsxəsində şairin 14 qəsidəsi, 245 qəzəli və 10 rübaisi toplanmışdır:

“Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda “Divanı-Xətai” əsəri də saxlanılır. Burdakı 86 vərəqlik əlyazmaya 12 qəsidə, 248 qəzəl və 1 rübai daxildir.

Parisin Milli Kitabxanasında Şahın türkcə əlyazması da hazırda saxlanılır. 64 vərəqdən ibarət bu əlyazmada 205 qəzəl vardır.

Şah İsmayılın əlyazmaları hazırda Sankt-Peterburqdakı İmperator İctimai Kitabxanasının əlyazma fondunda da saxlanır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov