Bu gün Əməkdar artist Mətanət İsgəndərlinin doğum günüdür. M.İsgəndərli 1963-cü il iyulun 17-də anadan olub.
Moderator.az-a açıqlamasında M.İsgəndərli öz xoş təəssüratlarını bölüşüb:
“Doğum günlərimi adətən sənət dostlarım və ailə üzvlərimlə birlikdə keçirirəm. Ən böyük hədiyyəm qızımın təbriki oldu. Sevdiyim insanların belə bir gündə yanımda olmağı mənim üçün çox xoş oldu. Təntənəli doğum günü keçirməyi elə də xoşlamıram. Əsasən yubileylərimi təmtəraqlı qeyd edirəm. Diqqətiniz üçün sizlərə də təşəkkür edirəm”.
Qeyd edək ki, M.İsgəndərlinin 1994-cü ildə “Sən ol mənim həmdəmim” adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski çıxıb. Hazırda Azərbaycan Dövlət və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır. 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.