Xəbər lenti



Bu gün Xalq şairi mərhum Nigar Rəfibəylinin ölümündən daha bir il ötür. N.Rəfibəyli 1981-ci il iyulun 10-da dünyasını dəyişib. 
 
Bizimaz.az: Xalq yazıçısı Anar Moderator.az-a açıqlamasında anası haqda öz təəssüratlarını bölüşüb və bildirib ki, ana itkisi həmişə onu ağrıdıb:
 
“Bu gün Nigar xanımın vəfatından daha bir il ötdü. Belə gündə biz onun məzarını ziyarət edirik, qəbirinə gül çələngi qoyuruq. Təbii ki, hamının itkisi var və mən də anamı itirmişəm. Bu itki məni həmişə ağrıdır”. 
 
Qeyd edək ki, N.Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunan ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeiri ispan xalqının faşimzə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. “Cəmilə” şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir. 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov