Xəbər lenti

Şəki şəhərinin tarixi mərkəzi (Xan Sarayı da daxil olmaqla) UNESKO Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, bununla bağlı qərar UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası zamanı verilib. Müzakirələr olduqca gərgin keçib. Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi çıxış edərək bu irsin Dünya İrs Siyahısına daxil edilməmsinin məqsəduyğun olmadığını bildirb. Bir sıra ölkələr – Küveyt, Çin, Tunis, Qvatenala, Kuba, İndoneziya, Kuba, Qırğızıstan, Burkina Faso siyahıya daxil edilmələsinin tərəfdarı kimi çıxş edib. Qeyd edək ki, Dünya İrs Siyahısına bütün dünya üzrə 167 dövlətə məxsus cəmi 1113 təbii və mədəni irs nümunəsi daxildir. İndiyədək Dünya İrs Siyahısına Azərbaycandan cəmi 2 irs nümunəsi daxil idi. Bunlar 2000-ci ildə siyahıya daxil edilmiş İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birgə) və 2007-ci ildə siyahıya daxil edilmiş Qobustan qayaüstü təsvirləridir.

Qeyd edək ki, olduqca gərin keçən müzakirələrdən sonra müsbət qərarın qəbulu zalda böyük ruh yüksəkliyinə, coşğunun yaranmasına səbəb olub. Azərbaycan nümyənədə heyəti dəqiqələr ərzində ölkəmizin dövlət bayrağını dalğalandırıb. Saat 13:00-da sesiyanın işində fasilə olmasına baxmayaraq gərgin atmosfer fasiləyə gedilməməsini şərtləndirib. Qərar qəbul edildikdən sonra ilk olaraq Azərbaycanın UNESKO yanında daimi nümayəndə heyətinin rəhəri, səfir Anar Kərimov, daha sonra mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərarın qəbuluna görə üzv ölkələrə təşəkkür edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçıxı Elxan Usubov da çıxış edərək bu gün şəhər ictimaiyyəti adından Azərbaycan dəstək vermiş ölkələrə təşəkkürünü çatdırıb. O, bu gün qərarın Şəkinin həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib. İcra başçısı bu gün Şəkidə bayram ediləcəyini vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov