Diaspor Gənclərinin II Yay Düşərgəsi bu il iyulun 8-dən 14-nə kimi Şamaxı şəhərində keçiriləcək.
Bu barədə Kult.az-a Vaşinqtondakı Azərbaycan icmasının üzvü, Sietl şəhərində orta məktəb müəlliməsi kimi çalışan Aytac Qasımova məlumat verib.
O, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi II Yay Düşərgəsinə seçildiyini bildirib.
Bu il düşərgədə 50-dən çox ölkədən 100-dən çox diaspor fəalı iştirak edəcək. ABŞ, Almaniya, Avstriya, Avstraliya, Belçika, Çili, Əfqanıstan, Finlandiya, Fransa, Gürcüstan, İndoneziya, İngiltərə, İordaniya və demək olar ki, dünyanın əksər ölkələrində yaşayan azərbaycanlı gənclər bu il Şamaxıda görüşəcəklər.
Qeyd edək ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi Şəkidə baş tutub və 37 ölkədən 140 soydaşımız orada iştirak edib.
Birinci düşərgə Cümhuriyyətin 100 illiyinə, ikinci isə böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr olunub.