Xəbər lenti



Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş “Azərbaycan mübarizə yolunda” adlı kitabı ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub.

 

Kult.az xəbər verir ki, bu barədə məlumatı “Çapar”ın baş redaktoru Dilqəm Əhməd qeyd edib. O bildirib ki, kitabın tərcüməçisi Tural Mehbaliyevdir.

“Rəsulzadənin “Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda” kitabı “Azərbaycan Milli Nəşriyyatı” seriyasının 11-ci kitabıdır. Kitab Parisdə 1930-cu ilin sentyabr ayında nəşr olunub, cəmi 36 səhifədir. Əsər 13 bölmədən ibarətdir. Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhüriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir.

Parisdə fransızca çap olunduğu üçün həm də çağdaş dünyaya ünvanlanan kitab M.Rəsulzadənin doğumunun 135-ci ildönümünə həsr edilib”, - D.Əhməd qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov