Xəbər lenti




Tanınmış aparıcı Mətanət Əliverdiyevanın başına xoşagəlməz iş gəlib.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, M.Əliverdiyevanın adından “İnstagram”da saxta profil yaradılıb və insanların ünvanına təhqirlər yazılıb. Aparıcı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyi haqqında “İnstagram” vasitəsilə videomesaj yayımlayıb:

“Bəzən valideynlər uşaqlarına nəzarət etmirlər. Onlar uşaqların sosial şəbəkədə nə etdiyinin fərqinə varmırlar. Dostlarımdan biri zəng etdi ki, mənim adımdan fan-səhifə yaradılıb. Başqa paylaşımlara xoşagəlməz rəylər yazırlar.

Heç kimə rəy bildirmirəm, Mətanət xoşniyyətlidir. Valideynlər, baxın uşaqlarınız nə ilə məşğuldur. Diqqətli olun, o, mən deyiləm. Bununla bağlı polisə müraciət edəcəyəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov