Xəbər lenti

Xarl artistləri Rasim Balayevlə Alim Qasımov dünən Yaşıl Teatrda tamaşaçılara unudulmaz anlar yaşadıb.

 

Bizimaz.az xəbər verir ki, dünən Yaşıl Teatrda Bakı Şəhər İcra Hakimiyyətinin Milli Qurtuluş günü münasibətilə təşkil etdiyi bayram konserti baş tutub. Bir çox sənət nümayəndələrinin iştirak etdiyi bayram konserti əlamətdar hadisələrlə yadda qalıb.

Milli Qurtuluş günü münasibətilə Xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva və müğənni Mirələm Mirələmov sözlərini Cəlal Qurbanovun yazdığı, musiqisi isə bəstəkar Rauf Məmmədovun bəstələdiyi “Azərbaycan” adlı kompozisiya ifa edib. Daha sonra onları Rasim Balayevlə şeirlə, Alim Qasımov isə muğamla müşayiət edib. Görkəmli sənətkarların çıxışını hər kəs ayaqüstə alqışlarla qarşılayıb

Kompozisiyada Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu da iştirak edib.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov