Ölkə başçısının növbəti sərəncamı ilə bir qrup yazıçı və şairə fəxri adlar verilib.
Bizimaz.az: Xalq şairi fəxri adına layiq görülən Vahid Əziz
Moderator.az-a açıqlamasında ölkə başçısına və bu işdə əməyi keçən hər kəsə minnətdarlığını bildirdi:
“Tərbikiniz üçün çox sağ olun. Ramiz Rövşənə, Musa Yaquba və mənə ölkə başçısı tərəfindən Xalq şairi fəxri adı verilib. Bundan gözəl təəssürat ola bilməz. Dövlət başçımıza öz minnətdarlığımı bildirirəm, çünki ləyaqətli bir iş gördü. R.Rövşən, M.Yaqub kimi ədəbiyyatımızda dəyərini almalı olan görkəmli adamlarımız çoxdur. Minnətdaram ki, ölkə başçımız mənə Xalq şairi fəxri adı verib. Bundan böyük mənim üçün heç nə yoxdur. Bu işdə əməyi keçən AYB rəhbərliyinə, Mədəniyyət Nazirliyinə, Prezident Aparatında olan dostların hamısına dərin minnətdarlığımı bildirirəm”.