Xəbər lenti

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə məlumatı Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmistan Küzəci qeyd edib. O bildirib ki, Q.Paşayev ürəyində yaranan problem səbəbindən əməliyyat olunub.

Onun sözlərinə görə, İraq türkmanlarına könül verən, Kərkükü sevən Azərbaycanın çox dəyərli professoru Qəzənfər Paşayevin halı tədbirdə, “fotoda göründüyü kimi oturarkən” qəfildən pisləşib. Təcili əməliyyat olunan Paşayev sağlığına qovuşub.

“Özünə, ailəsinə və sevənlərinə böyük keçmiş olsun. Allah qorusun”, - Kuzəci qeyd edib.

Xatırladaq ki, tanınmış professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanın əmisidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov