Azərbaycan Dövlət Televiziyasının tanınmış siması Dilarə Səlimə vəzifə verilib. Belə ki, məşhur diktor mədəniyyət xəbərləri bölməsinin redaktoru təyin olunub.
Bizimaz.az: Dilarə xanım açıqlamasında bildirib əslində bir il yarım öncəyə qədər bu bölmənin redaktoru kimi çalışıb. Sonra isə öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.
“Artıq yenidən dəvət olundum və razılaşdım. Ümid edirəm ki, təqdim etdiyimiz xəbərlərlə tamaşaçıların zövqünü oxşaya biləcəyik”.
Xatırladaq ki, Dilarə Səlim 1990-cı ildən AzTV-də çalışır.