Xəbər lenti

Xalq artisti vəfat etdi – FOTO
 

Rusiya və SSRİ-nin görkəmli aktrisası Elina Avraamovna Bıstritskaya vəfat edib.

Publika.az TASS agentliyinə xəbər verir ki, 91 yaşlı kino ulduzunun yaxınları onun ağır xəstəlik nəticəsində dünyadan köçdüyünü bildirib.

Elina Avraamovna Bıstritskaya hərbi həkim ailəsində anadan olub. O, Böyük Vətən müharibəsi zamanı hospitalda tibb bacısı işləyib. 1945-ci ildə mamalıq tibb məktəbdə oxuyub. Lakin sonradan Kiyev institutunun teatr fakültəsində təhsil almağa və aktrisa olmağa qərar verib.

Teatrda və kinoda aktrisa onlarla unudulmaz rolların yaradıcısı olub. Ona məşhurluq gətirən rolu Mixayıl Şoloxovanın "Sakit Don" romanı əsasında çəkilən filmindəki Aksin obrazı olub.

O, bir sıra dövlət mükafatlarına layiq görülüb. Məsələn, I dərəcəli Vətən müharibəsi Ordeni, "Vətən qarşısında Xidmətlərinə Görə" II dərəcəli Ordeni, Qırmızı Əmək Bayrağı Ordeni. Elina Bıstritskaya Rusiya Federasiyasının Xalq artisti olmaqla yanaşı, həm də Azərbaycan, Qazağıstan və Gürcüstanın da Xalq artisti adını daşıyıb.

Məlumat üçün bildirək ki, Elina Bıstritskaya görkəmli kinorejissor Rasim Ocaqovun "Qətldən yeddi gün sonra" bədii filmində əsas rollardan birini ifa edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov