Xəbər lenti



“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) ümumrespublika xəbər kanalının açılması ilə bağlı lisenziya verilib. 

 

Bizimaz.az: Bununla bağlı məlumatı  Milli Tеlеviziya və Radiо Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov verib. 

“Martın 11-dən aprelin 11-dək MTRŞ tərəfindən elan edilmiş müsabiqədə tələb olunan sənədləri “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Real” TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti təqdim edib.

Bu gün Şuranın iclasında bu məsələyə baxılıb və “Real” TV-yə yerüstü yayım üçün müddətsiz ümumrespublika xəbər kanalı lisenziyası verilməsi barəsində qərar qəbul edilib”. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov