Xəbər lenti

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.

 

Bizimaz.az  xəbər verir ki, bunu Milli Konservatoriyasının rektoru, Xalq artisti, AzTV nəzdində yaradılan Bədii Şuranın üzvü Siyavuş Kərimi deyib.

“Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir”, - deyən Xalq artisti Bədii Şura üzvlərinin ölkənin ikinci böyük şəhəri Gəncəyə və bölgələrə səfərlərinin də məhz bu məqsədi daşıdığını bildirib.

“Məqsədimiz Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir”, - deyə S.Kərimi əlavə edib.

Qeyd edək ki, bir müddətdir yerli televiziyaların efirində gedən nalayiq ifadələr, bayağı verilişlər tənqid olunur. Televiziya kanalları bu səbəbdən lağ obyektinə çevrilir, cəmiyyətin aqressiyası ilə üzləşir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov