Xəbər lenti



Xalq artisti Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə anadan olub. O, bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində kiçik tamaşalarda rol alıb.

 

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Yaşının az olmasına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub.

Abdullayev əvvəlcə yardımçı aktyor kimi epizodik rollarda oynasa da, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunu canlandırıb.

O, 1938-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyinə görə fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçir. 1951-ci ildən isə Musiqili Komediya Teatrının truppasında işləməyə başlayır.

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmindəki Vəli rolu olub. O bu rola görə 1946-cı ildə Stalin mükafatına layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?”, “Ulduz”, “Qəribə əhvalat”kimi filmlərdə unudulmaz rolları canlandırıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov