Xəbər lenti

Mədəniyyət naziri Əbülfəs Qarayev Novruz bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib.

 

Bizimaz.az təbrikin mətnini təqdim edir:

Novruz bayramı Azərbaycan xalqının əsrlərdir eyni sevgi və coşqu ilə qeyd etdiyi yeganə bayramdır. Bu bayram xalqımızın ana təbiətə, əməyə, birliyə, bərabərliyə olan rəğbətinin göstəricisidir. Novruz həm də çoxmillətli ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, birliyini nümayiş etdirən, çağımızda da əhəmiyyətini itirməyən ideyalar məcmusudur.

Novruz bayramının fəlsəfəsindəki mütərəqqi ideyalar, xüsusilə birləşdirmə gücü neçə-neçə ölkənin, yüz milyonlarla insanın ona könül verməsinə səbəb olmuşdur. Min illərdir Novruzun yaşadılması varlığın əsasını təşkil edən 4 ünsürün – od, su, yel (hava) və torpağın bayram günlərində həyata keçirilən ayinlərdə kompleks halında birləşməsidir. Novruzun ayrı-ayrı rituallarında yaşayan humanizm qayəsi də onu insanlığın yol yoldaşına çevirmişdir.

Novruzu bir sıra ölkələr və xalqlar qeyd etsə də, Azərbaycanda bu bayramın ənənələr boğçası daha zəngin, daha mütəşəkkildir. Məmnunluqla deyə bilərəm ki, Novruzun 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəri status qazanmasında, eləcə də digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə xalq yaradıcılığının, qədim adət-ənənələrin yaşadılması, tədqiqi və təbliği dövlətin diqqət mərkəzindədir. Bu ənənələrin gələcək nəsillərə ötürülməsi üçün hər cür şərait yaradılıb”.

Təbrikin sonunda nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətinə Novruz bayramı münasibətilə cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət və firavan həyat arzulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov