Xəbər lenti

 

Bu günlərdə ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “akademik” statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq.

Bizimaz.az xəbərinə görə, belə ki, həmin teatrlarda əməkhaqqı artımına 2006-cı ilin 29 dekabr tarixində imzalanaraq, hüquqi qüvvəyə minən və hazırda mövcud olan “Teatr və teatr fəaliyyəti haqqında” qanun şərait yaradır.

Adıçəkilən qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.

Konkret olaraq, qanunun 20.5.-ci maddəsində qeyd olunur ki, “Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əməkhaqlarına müvafiq olaraq 100, 50 və 25 faiz əlavə müəyyən edilir”.

Onu da qeyd edək ki, ölkə prezidentinin imzaladığı “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncama əsasən, Nazirlər Kabinetinə bu iki teatra “akademik” statusunun verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb. 

Nazirlər Kabinetinin bu yöndə veriləcək müvafiq qərarından sonra isə hər iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov