Azərbaycanın tanınmış politoloqu Qabil Hüseynlinin oğlu, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələrin laureatı, pianoçu Toğrul Hüseynli martın 14-də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında solo konsert verəcək.
Bizimaz.az :Kult.az xəbər verir ki, konsertdə dahi bəstəkarların indiyə qədər Azərbaycan səhnəsində ifa edilməyən əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Toğrul Hüseynli Köln Ali Musiqi Akademiyasının bakalavr və magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib, hazırda Avstriyanın Zalsburq şəhərində Motsartteum Universitetinin fortepiano üzrə doktorantura pilləsində təhsilini davam etdirir.
Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na düşüb.