Tanınmış aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişini bağlamağa qərar verib.
Bizimaz.az. xəbər verir ki, bu barədə aparıcı özü verilişin dünənki buraxılışında etiraf edib. O bildirib ki, insanların ağır taleləri hər gün verilişdə müzakirə olunur və bütün bunlar onun səhhətinə mənfi təsir edir:
“Mövsümün axırı, mayın sonunda proqramı bitirəcəm. Çünki həqiqtən də çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını özüm yaşayıram. Verilişdə yaşananlar səhhətimə pis təsir edir, məhv oluram. Təzyiqim tez-tez dəyişir. Sadəcə öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. Qərar vermişəm ki, veriliş 3 ay sonra bağlansın”.