Xəbər lenti



Xalq artisti Həmidə Ömərova bir neçə həftə bundan əvvəl ayağı amputasiya edilən həmkarı Ramiz Əzizbəyli ilə görüşüb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, xalq artistini evində ziyarət edən aktrisa onunla bağlı instaqramda paylaşım edib. 

H. Ömərova məşhur aktyorun yaxşı olduğunu, səhhətinin qaydasına düşdüyünü qeyd edib: "Sağalacaq... Özü də buna inanır. Yaşamaq, yaratmaq, kino çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi. Bizi də kövrəltdi. Sonra təəccüblə soruşdu: “Siz niyə belə kədərlisiniz? Gəlin mahnı oxuyaq”. Məlahətli, heç kiminkinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin".
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov