Xəbər lenti


16 fevral 2019-cu il tarixində Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün "Bazar Günü "məktəbinin acılış mərasimi kecirilib.

 

Bizimaz.az xəbər verir ki, səfir Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycan Respublikasında uşaqlara olan dövlət qayğısından danışıb.

Səfir cıxışında, həmcinin, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğını tədbir iştirakcılarının diqqətinə catdırıb.

Qeyd edək ki, səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə acılan "Bazar günü” məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaq.

Məşğələlərdə əsasən ingilisdilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin fonetika, qrammatika və leksikası tədris ediləcək, eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz təqdim ediləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov