Xəbər lenti


Görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olan Gülarə Cabbarlının bu gün vəfatından bir il ötür.

 

Bizimaz.az xəbər verir ki, sosial şəbəkədə Cəfər Cabbarlı adına açılan səhifə ildönümü ərəfəsində G.Cabbarlının piano ifa edərkən lentə alınmış görüntülərini paylaşıb.

Görüntülərin harada və nə zaman lentə alındığı məlum deyil.

G.Cabbarlı sözləri Ramiz Heydər, musiqisi Oqtay Kazımiyə məxsus “İnanmaram, inanmaram” adlı mahnını ifa edir.

Xatırladaq ki, 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gələn Gülarə Cabbarlı keçən il 88 yaşında dünyasını dəyişib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov