Türk dünyasının tanınmış sənətçisi Ozan Arif adı ilə tanınan Arif Şirin 69 yaşında vəfat edib.
Bizimaz.az xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkən Ozan Arif müalicə aldığı "On Doqquz May" ("On Doqquz Mayıs") Universitetinin Tibb fakültəsində dünyasını dəyişib.
Qeyd edək ki, Ozan Arif “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.