Xəbər lenti

Məşhur “Ayrılıq” mahnısının müəllifi öldü
 

Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.

 

Bizimaz.az-n Trend-ə istinadən verdiyi məlumatına görə, şair Fərhad İbrahimi 1936-cı ildə İranın Ərdəbil vilayəti Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açıb.

F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov