Xəbər lenti

Özümü yaxşı hiss edirəm. Hələlik yataqdayam. Yanıma gəlmək olmaz.

Bizimaz.az  “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bunu bir müddət əvvəl ayağından əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli söyləyib.

Ayağındakı problemlə bağlı Xalq artisti bunları əlavə edib:

“Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələlik fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələlik biz onların cavabını gözləyirik”.

R.Əzizbəylinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı amputasiya edilməyəcək.

Xalq artisti səhhətindəki ümumi vəziyyətdən də söz açıb:

“Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov