Xəbər lenti


Dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin bir qrup tanınmış aktyorlarını və kino xadimlərini qəbul edib. 

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, görüş kinoteatrlar, telekanallar və kino yaradıcıları arasında yaranmış böhranın aradan qaldırılması məqsədilə təşkil edilib.

Görüşdə Oktay Kaynarca, Mahsun Kırmızıgül, Burak Özçivit kimi məşhurlar iştirak edib.

Səmimi söhbət zamanı Ərdoğana “Eşkiya dünyaya hökmdar olmaz” filminin baş rol ifaçısı Oktay Kaynarca təqdim olunub. Filmdə aktyorun oynadığı obrazın hər kəs tərəfindən “Rəis” deyə çağırıldığını öyrənən dövlət başçısı Kaynarcaya zarafat edərək, “Burada bir rəis var, o da mənəm”, - deyərək zarafat edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov