Xəbər lenti



Xəbər verdiyimiz kimi, azərbaycanlı dizayner Rüfət İsmayıl 13 fevral tarixində, Nyu-Yorkda yeni kolleksiyasını modapərəstlərə təqdim edəcək.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, “Afffair” brendinin yaradıcısı Rüfət İsmayılın modanın paytaxtında nümayiş olunacaq kolleksiyası "Butterfly Effect" (Kəpənək effekti) adlanır. Markasının adını dünyaya tanıtdıran dizayner yeni kolleksiyanın yaradılmasında adından göründüyü kimi kəpənəklərdən ilham alıb.

Uzun müddətdir öz fəaliyyətini Türkiyədə davam etdirən moda ustasının dəfiləsinin əsas modeli Tülin Şahin olacaq. Bu barədə R.İsmayıl özü məlumat verib. Dünyaca məşhur model Sindi Krouforda bənzərliyi ilə diqqət çəkən Tülin Şahinin Amerikaya gedişi artıq səs-küy yaradıb. Amerika mətbuatı Tülin Şahinin moda həftəsində iştirakını "Türkiyəli Sindi Nyu-Yorka gəlir" başlığı ilə təqdim edib.

Məlumat üçün bildirək ki, Cennifer Lopes, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi, Erik Kostell və digər məşhur Hollivud ulduzları dizaynerin işlərinə müraciət edib. Dizayner əmindir ki, kolleksiyasından geyinən ulduzların sayı getdikcə daha artacaq. Ən əsası, o artıq öz məqsədinə çatıb, dünya şöhrətli moda dizayneri olmağı bacarıb.

Onun dəb şouları Milan, Florensiya, Tehran və digər şəhərlərdə keçirilib. Keçən il Fashion TV kanalı həmyerlimizi 2018-ci ilin ən yaxşı avropalı dizayneri mükafatına layiq görüb. "Türkiyənin ən yaxşı dizayneri" seçilən Rüfət İsmayıl Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov