Xalq artisti Aygün Kazımova bu gün 48 yaşını qeyd edir.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, sənətçi doğum günündə yaşadığı hissləri sosial şəbəkədə paylaşıb. Ulduz ömür yolunda qarşılaşdığı çətinliklərə baxmayaraq, həyatı sevdiyini və onu doya-doya yaşadığını qeyd edib:
“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiyməti aldim, bəzisindən sinifdə qaldım. qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərdən nəticə çıxarmaği öyrəndim. Bugün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarimla birlikdə. Həyat, səni sevirəm”.