“Mədəniyyət” telekanalının direktor müavini Nadir Axundov tutduğu vəzifədən həqiqətən də azad edilib. Onun yerinə isə Emil Şahzadə təyinat alıb.
Bizimaz.az bilidirir ki, Bu sözləri Axar.az-a Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat katibi Xatirə Qasım dövlət televiziyasında sədr dəyişikliyindən sonra aparılan kadr islahatları ilə bağlı danışarkən deyib.
X.Qasım bildirib ki, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramovun işdən azad edilməsi ilə bağlı deyilənlər isə həqiqəti əks etdirmir:
“Böyük Britaniya, Yaponiya və Ukraynadan olan xüsusi müxbirlər geri çağırılıb”.
İşdən çıxarılan Nadir Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bibisi qızı Yeganə Axundovanın həyat yoldaşıdır.
Qeyd edək ki, ötən gün AzTV-nin baş mühəndisi, əməkdar mühəndis Knyaz Mehdiyev, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə, "Mədəniyyət" kanalının direktor müavini Nadir Axundov tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılmışdı. AzTV-dən N.Axundovun işdə azad edilməsi təkzib olunmuşdu.
Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad olunub və bu vəzifənin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.