Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə “TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi olub.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, yüzlərlə iştirakçı arasından finala 5 nəfər qalıb və Fərhad gözəl ifası ilə hər kəsdən fərqlənərəq birinci yerə layiq görülüb.
Yarışma zamanı maraqlı anlar yaşanıb. Belə ki, münsiflər heyətinin üzvü, bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı Fərhadın ifasını göz yaşları içində dinləyib. O, “Nə olar, bir daha oxuma, çünki bir də ağlamaq istəmirəm” deyə azərbaycanlı gəncin ifasına fikir bildirib.
Verilişin aparıcısı Duygu Atakan da Fərhad Rəhimlinin ifasını göz yaşlari içərisində dinləyib.
Qeyd edək ki, bu Fərhad Rəhimlinin beynəlxalq arenada ilk uğurudur. O Azərbaycan klassik və bəstəkar musiqilərini dünyada tanıtmağı qarşısına məqsəd qoyub.