“Hababam Sınfı”nın əfsanəvi ulduzu, aktrisa Ayşen Qruda vəfat edib.
Bizimaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir reanimasiyada yatan məşhur aktrisa bu gün 74 yaşında dünyadan köçüb.
Ölümündən əvvəl "Türk xalqı məni nə cür dəfn etməyi gözəl bilir" deyən məşhurun dəfn mərasimi cümə günü Zincirlikuyu Məscidində baş tutacaq.
Qeyd edək ki, Ayşen Qruda mədəaltıvəzi xərçəngindən əziyyət çəkirdi.