Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, əməkdar artisti Mirzə Ağabəyli ilə görüşüb, onu 70 illik yubileyi münasibətilə təbrik edib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, görüş zamanı teatr və kino sahəsindəki vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Q.Paşayeva dəyərli aktyora həyatında və fəaliyyətində bundan sonra da böyük uğurlar diləyib.