Xəzər TV-də fəaliyyətimi davam etdirirəm və yeni mövsümlə əlaqədar layihə hazırlayırıq.
Bunu Kult.az-a açıqlamasında tanınmış aparıcı Zaur Kamal deyib. O bildirib ki, Dalğa TV-yə keçirilən layihələr arasında onun layihəsi yer almayıb:
“Biz “5-də-5”in formatını dəyişərək, yeni layihə həyata keçirəcəyik. Bu layihə isə oktyabra qədər hazırlanıb, təhvil verilməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Zaur Kamalın yeni mövsümdə Dalğa TV-də veriliş aparacağı ilə bağlı mətbuatda məlumat yayılmışdı.