Xəbər lenti




Hazırda Sayman Aruzun məlum məsələsi ilə bağlı müzakirə aparırıq. Bu məsələ araşdırılacaq.

 

Bunu Kult.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir – red.) onun adından 150 manata saxta Fəxri Fərman satmasına münasibət bildirərkən deyib.

AYB sədri qeyd edib ki, hazırda bu məsələnin araşdırılmasında müəyyən çətinlik yaranıb:

“Çünki hazırda yay aylarıdır. Gərək Yazıçılar Birliyinin katibləri yığışsın, biz də araşdıraq, görək nə məsələdir. Ondan sonra məsələ ilə bağlı qərar çıxararıq”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir - red.) saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb. Məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov